EN

Kamboca ilə Tayland arasında qarşılıqlı ittihamlar: mübahisə bitməyib

ain.az, Ayna portalına istinadən məlumat verir.

"Kamboca bu ərazinin Taylandın ərazisi olduğunu bilir”

Tayland sərhəd münaqişəsi zamanı ələ keçirdiyi Kambocanın suveren ərazisinin bir hissəsini saxlamağa davam etdiyini inkar edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Tayland ordusunun sözçüsü Vinthai Suvari deyib.

"Kamboca bu ərazinin Taylandın ərazisi olduğunu bilir. Keçmişdə Tayland münaqişədən qaçan Kamboca qaçqınlarını qəbul edib. Lakin müharibə bitdikdən sonra bu Kamboca mülki şəxsləri və hərbi qulluqçuları ölkələrinə qayıtmayıblar. Bunun əvəzinə, onlar Taylandın suverenliyini pozaraq yaşayış məntəqələrini genişləndirməyə davam ediblər. Tayland tərəfi dəfələrlə etiraz edib və bu məsələni müxtəlif iş mexanizmləri vasitəsilə qaldırıb. Lakin Kamboca onları görməzdən gəlib və vəziyyəti həll edə bilməyib", - Suvari "The Nation" qəzetinə bildirib.

Kambocanın Baş naziri Hun Manet daha əvvəl “Reuters” agentliyinə verdiyi müsahibədə bildirib ki, Tayland münaqişənin bitməsinə və 2025-ci ilin dekabr ayında sülh müqaviləsinin imzalanmasına baxmayaraq Kamboca ilə sərhəddəki ərazini saxlamağa davam edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
ayna.az

1Sources