EN

Milan rəhbərliyi Modriçlə bağlı qərarını qətiləşdirdi

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Milan" rəhbərliyi 40 yaşlı yarımmüdafiəçisi Luka Modriçlə bağlı qərarını qətiləşdirib.

Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, "qırmızı-qaralar" təcrübəli futbolçunu komandada saxlamaq niyyətindədir.

Lukanın Milan təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Lakin tərəflər arasında imzalanan sazışdə onun istəyi ilə müqaviləni daha bir il uzatmaq bəndi də var. 

Modriç ötən mövsümün sonunda "Real"dan ayrılaraq azad agent qismində İtaliya nəhənginə qoşulub. Cari mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 27 matça çıxan orta xətt oyunçusu 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
1
fanat.az

2Sources