EN

Azarkeşlərimizi 4 dəfə məyus edən Nyukasl lı Qordon kimdir?

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Azərbaycan futbol ictimaiyyətinin diqqət mərkəzində oldu.

Ağdam təmsilçisi Qarabağ FK İngiltərənin Newcastle United F.C. klubunu qəbul etdi və matç qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatdı.

Bu 6 qoldan 4-nün müəllifi isə “Nyukasl”ın cinah hücumçusu Anthony Gordon oldu.

Modern.az futbolçunun karyera yolunu araşdırıb.

Liverpuldan başlayan yol

Antoni Mişel Qordon 24 fevral 2001-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olub. O, irland və şotland əsillidir. Futbola erkən yaşlarında başlayan Qordon əvvəlcə "Liverpool" akademiyasında çıxış edib. Lakin 11 yaşında buradan ayrıldıqdan sonra "Everton FK" akademiyasına qoşulub.

Avropa Liqasından Premyer Liqaya

"Everton" da 6 dekabr 2017-ci ildə Avropa Liqasında “Apollon Limassol”a qarşı oyun üçün əsas heyətə daxil edilən Qordon ertəsi gün 88-ci dəqiqədə meydana daxil olaraq əsas komanda da debüt edib və “Everton” 3:0 hesablı qələbə qazanıb.

Premyer Liqada debütü isə aşağıdakı kimi olub:

18 yanvar 2020 – “West Ham”la 1:1 hesablı oyunda ilk dəfə meydana çıxıb.

26 iyun 2020 – “Liverpool”a qarşı ilk dəfə start heyətində yer alıb.

1 sentyabr 2020 – klubla 5 illik yeni müqavilə imzalayıb.

Preston mərhələsi: inkişaf üçün addım

1 fevral 2021-ci ildə mövsümün sonuna qədər "Preston North End FK" klubuna icarəyə verilib. O, burada ilk debütünü “Rotherham United”ə qarşı edib (1:2). Bu icarə dövrü onun fiziki və taktiki baxımdan möhkəmlənməsində mühüm rol oynadı.

2021–22: yüksəliş mövsümü

Qordon ilk məhsuldar ötürməsini “Chelsea”yə qarşı edib.Gənc futbolçu “Manchester United” üzərində 1:0 hesablı qələbədə yeganə qolu vuraraq diqqətləri üzərinə çəkib.

Mövsümün sonunda həm klub rəhbərliyi, həm də azarkeşlər tərəfindən “İlin gənc oyunçusu” seçildi. 2022-ci ilin yayında “Chelsea”yə transfer xəbərləri yayılsa da, keçid baş tutmadı.

“Nyukasl”a keçid: dönüş nöqtəsi

29 yanvar 2023-cü ildə rəsmi transfer istəyi təqdim etdikdən sonra “Nyukasl”la uzunmüddətli müqavilə imzalayıb. Transfer məbləği bonuslarla birlikdə 45 milyon funt sterlinqə yaxın olan oyunçu ilk debütünü “West Ham”a qarşı edib (1:1). Qordon bu komandanın heyətində İlk qolunu  2022–23 mövsümünün son turunda “Chelsea”yə vurub.

2023–24 mövsümü: liderliyə doğru

Bu mövsümdə o kariyerasında aşağıdakılarla yadda qalıb:

-“Aston Villa” üzərində 5:1 qələbədə assist

-“Liverpool”a qarşı ilk ev qolu

-Mövsüm boyu stabil performans

Nəticədə, o, klubun “İlin oyunçusu” mükafatını qazanıb.

İntizam və Avropa səhnəsi

“Liverpool”un müdafiəçisi Virgil van Dijk-ə qarşı kobud müdaxiləyə görə qırmızı vərəqə alan Qordon “Benfica” üzərində 3:0 qələbədə qol vuraraq ardıcıl 3 Çempionlar Liqası oyununda qol vuran ilk “Nyukasl” futbolçusu olub.

Bakı gecəsi: tarixi performans

Ötən gün Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı 6:1 hesablı qələbədə 4 qol vurmaqla 24 yaşlı oyunçu karyerasında ilk het-trikini edib. Bununla da o, Faustino Asprilla və Alan Shearerdən sonra Çempionlar Liqasında het-trik edən üçüncü “Nyukasl” oyunçusu oldu. O, həm də  Avropa turnirində bir oyunda 4 qol vuran ilk “Nyukasl” futbolçusu kimi tarixə düşdü.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
modern.az

1Sources