EN

Keçmiş əri adı milyarderlə hallanan Nikol Kidmanı qısqanır

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, "Oskar" mükafatlı Hollivud aktrisası Nikol Kidman 19 illik musiqiçi həyat yoldaşı Kit Urbanla boşanıb.

Axşam.az-ın məlumatına görə, Qərb mediası Kitin keçmiş həyat yoldaşı Nikol barədə yayılan yeni münasibət iddialarından narahat olduğunu yazıb. "RadarOnline" nəşri yazır ki, aktrisanın 60 yaşdan yuxarı varlı iş adamı Paul Salem ilə adının hallanması sənətçini qəzəbləndirib.

İddia olunur ki, Salem Kidmana xüsusi maraq göstərir və onunla münasibət qurmaq niyyətindədir. Lakin aktrisanın yaxın çevrəsi hazırda onun yeni eşq axtarmadığını, boşanmadan sonra şəxsi həyatında fasilə verdiyini deyib.

Xatırladaq ki, mediada yayılan məlumatlara əsasən, Kit özü də rəsmi boşanmadan əvvəl yeni münasibətə başlayıb. Həmçinin onun Kidmanın "Pis qız" filmindəki açıq səhnələrindən narazı qaldığı barədə xəbərlər də yayılmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
axsam.az

1Sources