Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.
Meyxanaçı-müğənni Samirə Yusifqızı qızı Fərəhi sosial şəbəkədə tənqid olunan video çıxışına görə cəzalandırıb.
Ölkə.az xəbər verir ki, o, Qaynarinfo-ya açıqlamasında bildirib ki, Fərəhi "Samirəqızı" təxəllüsündən məhrum edib:
"Qızıma bir kəlmə dedim ki, mənim adımı götür üstündən. Heç vaxt heç yerdə Fərəh Samirəqızı demə. Mənim qızıma cəzam bu oldu, vəssalam".
Samirə Yusifqızı bundan əlavə qızını cəzalandıra bilmədiyini vurğulayıb:
"Mən ona heç nə edə bilmirəm, övadını özü saxlayır. Ona heç bir köməklik edə bilmirəm. Fərəh uşaq deyil, 35 yaşı var. Özü öz ayağının üstündə durur. Bundan sonra onu necə cəzalandırım? 5-10 yaşında deyil ki. 35 yaşında qadını necə cəzalandırmaq olar? Bircə kəlmə dedim ki, mənim adımı üstündən götür".
Qeyd edək ki, ötən gün meyxanaçı Samirənin qızı Fərəhin sosial mediada görüntüləri yayılıb. Onun həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı bütün qadınların qəzəbinə tuş gəlib. Samirə Yusifqızı isə övladının hərəkətinə görə Azərbaycan xalqından üzr istəyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.