EN

Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən uzaqlaşdırılıb? - İDMAN.BİZ-in AÇIQLAMASI

AFFA-nın texniki direktoru Cahangir Həsənzadənin vəzifəsindən azad edildiyi iddia olunub.

İdman.Biz xəbər verir ki, yerli KİV-lərdə yayımlanan iddialara görə, millimizin sabiq qapıçısı ötən həftə postunu tərk edib.

Məsələ ilə bağlı Cahangir Həsənzadə ilə əlaqə saxladıq.

O bildirib ki, bu barədə onu heç kim məlumatlandırmayıb:

“Bunu ilk dəfə sizdən eşidirəm. Bu barədə heç bir məlumatım yoxdur”.

Qeyd edək ki, Cahangir Həsənzadə 2020-ci ildən AFFA-nın texniki direktoru vəzifəsini icra edirdi.

İdman.Biz
Chosen
59
1
idman.biz

2Sources