EN

Futzal üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 19 fevral, AZƏRTAC

Futzal üzrə Azərbaycan milli komandasında növbəti təyinat olub.

Futzal Federasiyasından AZƏRTAC-a bildirilib ki, Fərid Ələkbərov məşqçi kimi baş məşqçiyə kömək edəcək.

Qeyd edək ki, müxtəlif illərdə “Fener”, “Neftçi” İK, EKOL, “Baku Fire”, “Araz-Naxçıvan” klublarının, həmçinin millinin formasını geyinmiş 40 yaşlı F. Ələkbərov Azərbaycan çempionu və kubokun qalibi olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
60
3
azertag.az

10Sources