ain.az, Apa.az portalına istinadən məlumat verir.
Ötən ay Azərbaycan Gürcüstandan ümumi dəyəri 10,2 milyon ABŞ dolları olan 268 ədəd minik avtomobili idxal edib.APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında bildirilib.Avtomobil tədarükü dəyər baxımından 16,39%, say baxımından isə 318 ədəd azalıb.Yanvarda Gürcüstandan ixrac edilmiş minik avtomobillərinin ümumi sayı 3 730 ədəd təşkil edib. Qonşu ölkənin avtomobil ixracının 7,18%-i Azərbaycanın payına düşüb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.