Qaynarinfo xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin sosial media hesabında paylaşım edilib.
Belə ki, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Böyük Britaniya-Azərbaycan münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə görə Britaniya İmperiyası ordeninin fəxri zabiti mükafatını alıb.
İsveçrə Siyasi Elmlər Assosiasiyası Empirik Metodlar İşçi qrupunun direktoru Nərgiz Hacıyeva isə təhsil sahəsində, eləcə də Böyük Britaniya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Britaniya İmperiyası ordeninin fəxri üzvü olub.