EN

Bu hava limanları Trampın adını daşıya bilər


Vaşinqton və Palm Biçdəki (Florida ştatı) hava limanlarının adları ABŞ Prezidenti Donald Trampın şərəfinə dəyişdirilə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Məlumata görə, Vaşinqton administrasiyası rəhbərinin ailəsi ilə əlaqəli strukturlar bu yaxınlarda bir neçə Amerika təyyarəsi üçün ticarət nişanı ərizələri təqdim ediblər.
Bunlar “President Donald J. Trump International Airport”, “Donald J. Trump International Airport” və mümkün hava limanı kodu kimi “DJT” ticarət nişanlarıdır.  
Nəşrin bildirdiyinə görə, bu adlardan biri Vaşinqton yaxınlığındakı Vaşinqton Dallas Beynəlxalq Hava Limanına, eləcə də Ağ Evin Mar-a-Laqo iqamətgahının yaxınlığında yerləşən Palm Biç Hava Limanına verilə bilər.
Chosen
45
yeniavaz.com

1Sources