EN

Simonyanın "ümidi" və Bakının qətiyyəti: Separatçılar üçün qanun nə deyir? –ÖZƏL

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Bakıda saxlanılan sonuncu erməni məhbus geri qayıdanadək Azərbaycanla danışıqlar davam etdiriləcək. O, prosesin mürəkkəb olduğunu, lakin nəticə əldə olunacağına ümid etdiklərini vurğulayıb.
Qeyd edək ki, Bakıda mühakimə olunan separatçıların bir qisminə əsaslı sübutlar əsasında ömürlük, digərlərinə isə 20 il həbs cəzası verilib.

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev Olaylar.az-a danışıb. Siyasi şərhçi bildirib ki, Ermənistan Azərbaycanla aparılan danışıqlar prosesini separatçılar məsələsindən ayırmalıdır. Bu, tamamilə fərqli mövzudur. Həmin şəxslər Azərbaycana qarşı cinayətlər törədiblər və beynəlxalq hüquq normaları nəzərə alınmaqla, onların istintaqı Azərbaycan tərəfindən ədalətli və şəffaf şəkildə aparılıb. Nəticədə məhkəmə qərarı ilə barələrində hökm çıxarılıb. Azərbaycanla Ermənistan arasında gedən sülh prosesi bu şəxslərin məhkəmə prosesi ilə bağlı deyil. Bu iki məsələni bir-birinə qarışdırmaq düzgün yanaşma deyil. Əgər Ermənistanda, xüsusilə də hakimiyyətdə təmsil olunan bəzi şəxslər bu məsələləri danışıqlar prosesinə calamaq istəyirlərsə, bu, nəticə etibarilə Ermənistanın özünün uduzması ilə nəticələnəcək.

Ekspert qeyd edib ki, Ermənistan rəhbərliyi yaxşı bilir ki, bu məsələdə Azərbaycana təzyiq göstərmək mümkün deyil və bu mövzu Azərbaycan üçün danışıqlar predmeti deyil. Həmin şəxslər barəsində artıq məhkəmə hökmü çıxarılıb və onlar cəzalarını çəkirlər. Cəza müddətinin tamamlanması və ya ömürlük həbs cəzası alanlarla bağlı məsələlər isə hüquqi prosedurlar çərçivəsində həll olunan məsələlərdir. Bu səbəbdən Ermənistan tərəfi bu mövzunu danışıqlar masasına gətirməkdən və sülh prosesində qabartmaqdan çəkinməlidir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, bu məsələnin alternativi yoxdur. Bu istiqamətdə hansısa xüsusi güzəşt və ya paralel danışıqlar gözləmək real deyil. Əksinə, belə bir xətt tutmaq rəsmi İrəvanın özü üçün nəticəsiz və uduşsuz bir prosesə çevrilə bilər.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
olaylar.az

1Sources