EN

Balakəndə I Qarabağ müharibəsinin itkin-şəhidi Cavanşir Həsənovla vida mərasimi keçirilib

Balakəndə
Balakəndə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cavanşir Həsənovla vida mərasimi keçirilib. 1news.az "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Balakən rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Cavanşir İsrafil oğlu Həsənov 1967-ci il aprelin 14-də Balakən rayonun Hənifə kəndində anadan olub. 1992-ci il iyunun 12-də Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

C.Həsənov Balakən rayonu Şəhidlər xiyabanında dəfn ediləcək.

Chosen
46
3
1news.az

5Sources