EN

Qəzzada ölənlərin sayı açıqlandı

İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzzaya davam edən hücumları nəticəsində 72 069 nəfər həyatını itirib. 

“Unikal” xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb. 

Qeyd olunur ki, Qəzza zolağında İsrail ordusunun son hücumları nəticəsində daha 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb. Belə ki, son 24 saat ərzində baş verən hücumlar nəticəsində ölənlərin sayı artıb.

Ümumi yaralananların sayı isə 171 728 nəfərdir. 

Ayxanım Məlikova

Chosen
78
2
unikal.az

3Sources