EN

DİQQƏT: Bu şəxslər banklardan kredit götürə bilməyəcəklər

Yol hərəkəti qaydalarını tez-tez pozan sürücülərə kredit verilməsinin məhdudlaşdırılması məsələsi zaman-zaman müzakirə olunur. Bəs bu amil bankların qərarına real təsir göstərə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, yol hərəkəti qaydalarının tez-tez pozulması faktı birbaşa olaraq bankların kredit qərarına təsir etmir.

DİQQƏT:

Ekspertin sözlərinə görə, banklar və bank olmayan kredit təşkilatları (BOKT) sürücünün yol hərəkəti qaydalarını nə qədər pozması barədə məlumat əldə etmir:

“Yol hərəkəti qaydalarının tez-tez pozulmasına görə kredit verilməməsi mümkünsüzdür. Çünki məlumat bank sistemində görünmür və maliyyə qurumları buna çıxış əldə etmir. Məsələ yalnız cərimələrin ödənilməməsi halında fərqli vəziyyət yarada bilər”.

Onun sözlərinə görə, sürücü qayda pozuntusuna görə cərimə olunub və həmin cəriməni ödəməyibsə, bu artıq rəsmi borc kimi sistemdə əks edilir”.

Ekspert vurğulayıb ki, ödənilməmiş cərimələr və digər maliyyə öhdəlikləri şəxsin kredit tarixçəsinə dolayı təsir göstərə və bu halda bank kredit verməkdən imtina edə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
62
1
konkret.az

2Sources