Futzal üzrə Azərbaycan millisində növbəti təyinat olub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Bildirilib ki, Fərid Ələkbərov məşqçi kimi baş məşqçiyə kömək edəcək.
Müxtəlif illərdə “Fener”, “Neftçi” İK, EKOL, “Baku Fire”, “Araz-Naxçıvan” klublarının, həmçinin millinin formasını geyinən 40 yaşlı Ələkbərov Azərbaycan çempionu və kubokunun qalibi olub.