EN

Rusiya: Bütün tərəfləri İranla bağlı təmkinli olmağa çağırırıq

Kremlin sözçüsü Dmitri Peskov bütün tərəfləri İranla bağlı təmkinli olmağa çağırdıqlarını bildirib və əlavə edib: "Ümid edirik ki, siyasi və diplomatik yollarla aparılan danışıqlar həll yoluna çatmaqda təsirli olacaq".

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
Rusiya, ABŞ və Ukrayna arasında böhranın həlli ilə bağlı İsveçrənin Cenevrə şəhərində keçirilən üçtərəfli danışıqlara toxunan Peskov görüşün məzmunu barədə məlumat vermək istəmədiklərini bildirib və əlavə edib ki, "Danışıqlar prosesi şərhə ehtiyac olmadığı bir mərhələdədir".

Peskov bildirib ki, danışıqların növbəti mərhələsinin tarixi qeyri-müəyyəndir.

Dmitri Peskov həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı planlaşdırılmayıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
23
turkustan.az

1Sources