EN

UNEC və Qırğız Milli Universiteti arasında magistratura pilləsi üzrə ikili diplom proqramına dair müqavilə imzalanıb (FOTO)

Bakı. Trend:

Qırğızıstanın Yusif Balasaqunlu adına Qırğız MilliUniversitetinin rektoru Dogdurbek Çontoyevin rəhbərlik etdiyinümayəndə heyəti UNEC-də səfərdə olub.

UNEC-in rektoru, professor Ədalət Muradovla keçirilən görüşdəhər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığıngenişləndirilməsi istiqamətləri müzakirə olunub. Qeyd edilib ki,ötən ilin sonunda UNEC nümayəndə heyəti Qırğızıstanda səfərdəolaraq Qırğız Milli Universitetində danışıqlar aparıb. Həmin səfərzamanı əldə olunan razılaşmaların davamı olaraq Bakıda keçiriləngörüşdə konkret əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsiaparılıb.

Professor Ədalət Muradov UNEC-in təhsil imkanları, rəqəmsalidarəetmə sistemi, beynəlxalq əlaqələri, ikili diplom və mübadiləproqramları, eləcə də universitetin beynəlxalq reytinqlərdəkimövqeyi barədə məlumat verib. Dogdurbek Çontoyev isə rəhbərliketdiyi ali təhsil müəssisəsinin fəaliyyəti haqqında danışaraq,təhsil, elm və tədqiqat sahələrində birgə fəaliyyətperspektivlərinə toxunub.

Müzakirələrin nəticəsi olaraq UNEC və Qırğız Milli Universitetiarasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda tələbə vəmüəllim mübadiləsi, birgə konfransların təşkili, elmi-tədqiqatlayihələrinin hazırlanması və beynəlxalq sertifikat proqramlarınınhəyata keçirilməsi nəzərdə tutulub.

Görüşdə, həmçinin, hər iki universitet arasında magistraturapilləsi üzrə maliyyə və menecment ixtisaslarını əhatə edən ikilidiplom proqramına dair müqavilə imzalanıb. Razılaşmaya əsasən,tələbələr təhsillərinin bir ilini tərəfdaş universitetdə davametdirəcək və proqramı uğurla başa vurduqdan sonra hər iki alitəhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

İmzalanma mərasimindən sonra qonaqlar üçün UNEC-də infoturtəşkil olunub. Nümayəndə heyəti universitetin müxtəlif strukturbölmələri ilə tanış olub.

Sonra Qırğız Milli Universitetinin rektoru Dogdurbek ÇontoyevUNEC tələbələri ilə görüşərək dayanıqlı inkişaf mövzusunda mühazirəilə çıxış edib.

UNEC
UNEC
UNEC
UNEC
UNEC
Məqalədə:
Chosen
80
5
az.trend.az

6Sources