EN

Vüqar Qurbanovun gedişi: İddialar gündəmi silkələyir, TƏBİB-də islahatlar başlayır?

Səhiyyə sistemində son aylarda müşahidə olunan problemlər fonunda TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsi ictimaiyyət tərəfindən gözlənilən, lakin rezonans doğuran qərar kimi qarşılandı.

Xüsusilə paytaxt və region poliklinikalarında yaranan sıxlıq, uzun növbələr, eləcə də təcili tibbi yardım briqadalarının gecikməsi ilə bağlı şikayətlərin öz həllini tapmaması diqqət çəkirdi. Sosial şəbəkə platformalarında və mediada vətəndaşlar sözügedən problemlərdən, koordinasiya çatışmazlığından və idarəetmədə səmərəsizlikdən narazılıq edirdilər.

Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra ictimai müzakirələrdə onun adının korrupsiya və vəsaitlərin təyinatı üzrə xərclənməməsi ilə bağlı iddialarda hallanması da diqqət çəkib. Sosial mediada onun mümkün istintaqa cəlb oluna biləcəyi, hətta həbs edilə biləcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, bu barədə rəsmi qurumlar tərəfindən hər hansı məlumat verilməyib.

Belə bir həssas mərhələdə rəhbər dəyişikliyi səhiyyə sistemində struktur və idarəetmə islahatlarının başlanğıcı kimi də qiymətləndirilir. Hazırda diqqət quruma yeni rəhbərin kim olacağına yönəlib. Hələlik isə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

Publika.az xəbər verir ki, mövzu ilə bağlı News24.az-a danışan həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, səhiyyə sistemində tənqidi fikirlərin səsləndirilməsi tamamilə təbii prosesdir və bu, hər hansı bir şəxsdən daha çox sistemin mürəkkəbliyi ilə bağlıdır:

Chosen
91
3
publika.az

4Sources