Bakı, 19 fevral, AZƏRTAC
ABŞ Hərbi Hava Qüvvələrinin 2025-ci ildə İran hədəflərinə zərbələrdə istifadə edilən B-2 “Spirit” strateji bombardmançı təyyarələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, uzunmüddətli hava əməliyyatları üçün lazım olacaq onlarla yanacaqdolduran təyyarə də ön mövqelərə yerləşdirilib.
Karib dənizindən İrana doğru hərəkət edən ikinci aviadaşıyıcı döyüş qrupu həftənin sonu və ya gələn həftənin əvvəli Aralıq dənizinə çatacaq. Həmçinin Təl-Əvivi və İsrailin digər şəhərlərini potensial cavab zərbələrindən qorumaq üçün “Gerald R. Ford” təyyarədaşıyan gəmisinin də regiona yerləşdirilməsi gözlənilir.