EN

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri külli miqdarda mənimsəmədə ittiham olunur

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

APA xəbər verir ki, onunla bağlı Baş Prokurorluqda cinayət i açılıb, Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü ( Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinicraata verilib.

Qeyd edək ki, Bəhruz Əsgərov 27 noyabr 2023-cü ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib.

22 fevral 2025-ci ilvəzifəsindən azad olunub.

Dövlət büdcəsinə dəyən ziyanın 5 milyon manatdan çox olduğu bildirilir.

Chosen
97
33
apa.az

10Sources