EN

De Zerbinin müştərisi çoxdu

“Marsel”in sabiq baş məşqçisi Roberto De Zerbi İngiltərənin top-klublarından birinin “sükanı arxasına” keçə bilər. Bununla bağlı xəbəri jurnalist Ben Ceykobs yayıb.

"Football-plus.az" xəbər verir ki, onun iddiasına inansaq, 46 yaşlı italiyalı mütəxəssis premyer-liqaya dönməkdə maraqlıdı. Hazırda De Zerbinin namizədliyini Xosep Qvardiolanın tərk edə biləcəyi “Mançester Siti” və mövsümün sonuna qədər Maykl Karrikə güvənən “Mançester Yunayted” nəzərdən keçirir.

“Marsel” 2004-cü ildən bəri bu komandanı çalışdıran De Zerbinin istefasını elan edib. İş ondadı ki, bu komanda fevralın 8-də ölkə çempionatının 21-ci turunun oyununda prinsipial rəqibi PSJ önündə darmadağın olub (0:5). Cənublular Çempionlar Liqasında pley-offa da vəsiqə qazana bilməyib.

De Zerbinin “Marsel”ə qədər “Brayton”, “Şaxtyor”, “Sassuolo”, “Benevento” və “Palermo”nu çalışdırdığını da xatırladaq.

Chosen
25
football-plus.az

1Sources