EN

"Nazione" müstəqillik hərəkatının üzvü: Adanın işğalından sonra korsikalıların yüksək vəzifələrə çıxışı məhdudlaşdırıldı  

Təhsil sahəsində korsikalılar Fransanın təsiri altındakı digər xalqlar kimi, yalnız aşağısəviyyəli və əsasən icraedici vəzifələr üçün nəzərdə tutulan minimal təhsil alırdılar. Adanın hərbi yolla işğalından sonra korsikalıların yüksək vəzifələrə və geniş imkanlara çıxışı məhdudlaşdırıldı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Korsikanın "Nazione" müstəqillik hərəkatının üzvü Fransua Benedetti “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

O bildirib ki, halbuki ilhaq dövründə Korsika, qeyd etdiyim kimi, ümumi savadlılıq səviyyəsinə görə həmin dövrün Fransası ilə müqayisədə daha irəlidə idi.

Chosen
31
2
azerbaijan-news.az

3Sources