EN

İtkin-şəhid Azad Cəlilov dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Azad Cəlilov dəfn edilib.Metbuat.az xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Alpout kənd qəbiristanlığında torpağa tapşırılıb. Ucar rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Azad Sabir oğlu Cəlilovla vida mərasimi keçirilib. Vida mərasimində şəhidin doğmaları, Ucar rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Qeyd edək ki, Azad Sabir oğlu Cəlilov 1975-ci il fevralın 14-də Ucarın Alpout kəndində anadan olub. 1994-cü il fevralın 6-da Kəlbəcər rayonunun Bağırlı kəndi (Murovdağ silsiləsi) istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Davud Tarverdiyev

Chosen
62
6
metbuat.az

8Sources