EN

Ucarda qəzaya düşən 6 nəfərin vəziyyəti orta ağırdır

Bakı. Trend:

Bu günsaat 13:40 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan dövlətsərhədi magistralının Ucar rayonu ərazisindən keçən hissəsində başverən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (4 qadın, 2 kişi)Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinəhospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ucar Rayon MərkəziXəstəxanasından məlumat verilib.

Bildirilir ki, yaralılara bədənin müxtəlif hissələrinin əzilmiş,cızılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardımgöstərilib.

"Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsiTəcili tibbi yardım şöbəsində davam etdirilir", məlumatda qeydedilib.

Qeyd edək ki, yol nəqliyyat hadisəsi Bakı-Ələt-Qazax-Gürcüstandövlət sərhədi magistralının 217-ci kilometrliyində qeydə alınıb.Eyni istiqamətdə hərəkətdə olan minik, yük və mikroavtobus markalınəqliyyat vasitələri toqquşaraq zəncirvari qəza törədib. Nəticədə 6nəfər Ucar rayon sakinləri - 1975-ci il təvəllüdlü Səidə Mirzalıqızı Baxşəliyeva, 1966- cı il təvəllüdlü Zalikə Mirzalı qızıSalikova, 1973-cü il təvəllüdlü Vəfa Qarapaşa qızı Baxşəliyeva,1985-ci il təvəllüdlü Şərqiyə Vidadi qızı Rəhimova, 1952-ci iltəvəllüdlü Aruza Mustafakamal qızı Məmmədova və 1967-ci iltəvəllüdlü Şəfaqət Mirzalı qızı Rəhimova xəsarət alıblar.

Chosen
48
3
az.trend.az

5Sources