EN

"Nyukasl" azarkeşləri Azərbaycan xalqına təşəkkür etdi

İngiltərənin "Nyukasl" klubunun azarkeşləri Azərbaycan xalqına təşəkkür edib.

Bununla əlaqədar "Nyukasl"ın azarkeş qrupunun X sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşım UEFA Çempionlar Liqasının "Qarabağ" - "Nyukasl" oyununun (1:6) ertəsi günü - bu gün edilib.

"Son günlər ərzində göstərilən isti qarşılanma və qonaqpərvərliyə görə Bakıya, Azərbaycan xalqına təşəkkür edirik.

Gözəl şəhərdir və imkan düşərsə, hər kəsə mütləq ziyarət etməyi tövsiyə edirik. Bu, indiyədək çıxdığımız ən möhtəşəm səfər oldu". - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, dünən Bakıda keçirilən oyunu 2000-a yaxın ingilis azarkeş stadiondan canlı izləyib.

Chosen
80
4
herbiand.az

5Sources