Lerik rayonunun Mastail kəndində doğulan, 1974-cü il təvəllüdlü Nail Fahil oğlu Dənziyevin qalıqları 34 ildən sonra müəyyən edilib.
Gənc yaşlarında hərbi xidmətə çağırılan Nail Dənziyev 1992-ci ilin sentyabrında Ağdərə rayonu ərazisində, Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı itkin düşmüşdü. Uzun müddət davam edən axtarış və araşdırmalar nəticəsində ona məxsus qalıqlar aşkarlanaraq ailəsinə təqdim olunub.
Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları rayonun Mastail kənd qəbiristanlığında torpağa tapşırılıb.
Subay olan Nail Dənziyev vətən qarşısında xidmətini yerinə yetirərkən itkin düşmüş, 13 fevral 1997-ci ildə ona rəsmi şəkildə şəhid statusu verilmişdi.




Sabutay, Bizim.Media, Cənub bürosu