EN

Türkiyədə güclü yanğın

Türkiyənin Sakarya vilayətində şirniyyat fabrikində yanğın baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğının səbəbi hələlik məlum deyil.

Bildirilib ki, hadisə yerinə çoxsaylı yanğınsöndürmə qrupları və su tankerləri göndərilib.

İlkin məlumata görə, xəsarət alan olmayıb. Yanğının nəzarətə alınması üçün ərazidə işlər davam etdirilir.

Chosen
69
publika.az

1Sources