EN

Rusiyada miqrantlara satışda işləmək qadağan OLUNACAQ

Ajans.azxəbərverirki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi Roman Plugin şəhərin Qanunvericilik Məclisində çıxışı zamanı bildirib. Təşəbbüs “Perekrestok” mağazasında bir müştərinin ölümündən sonra irəli sürülüb. Hadisə ilə bağlı mağazanın mühafizəçiləri təqsirləndirilir. RBK-nın məlumatına görə, LDPR partiyasından deputat Pavel İtkin insidentin nəticələri barədə sual qaldırıb. O qeyd edib ki, fraksiya xarici vətəndaşların vəzifəsindən asılı olmayaraq saxlanılması və ya onlara qarşı fiziki güc tətbiqi ilə bağlı fəaliyyətlərdə iştirakının məhdudlaşdırılmasını müdafiə edir. Roman Plugin isə vəziyyəti “son dərəcə qəbuledilməz” adlandırıb. O, miqrantların pərakəndə satış sahəsində istənilən vəzifədə çalışmasının qadağan edilməsini təklif edib. Onun sözlərinə görə, hazırda xarici vətəndaşların mühafizəçi kimi, eləcə də topdansatış və pərakəndə şəbəkələrində müştəri xidmətləri ilə bağlı bəzi vəzifələrdə işləməsinə məhdudiyyət tətbiq olunub. Lakin bəzi şirkətlər miqrantları anbardar, çatdırılma işçisi və digər vəzifələr adı altında işə götürürlər. “Bu səbəbdən miqrantların pərakəndə və topdansatış ticarətində işləməsinin tam qadağan olunması təşəbbüsü ilə çıxış etmək istəyirik. Araşdırmalarımız göstərir ki, bu addım iqtisadiyyata ciddi təsir göstərməyəcək”, – deyə Plugin bildirib.

 

Chosen
34
Ajans.az

1Sources