EN

ABŞ 14 trilyon dollarlıq layihələr naminə Rusiyaya qarşı sanksiyaları ləğv edəcək — Kirill Dmitriyev

ABŞ 14 trilyon dollarlıq ortaq layihələr naminə Rusiyaya qarşı sanksiyaları ləğv edəcək. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev məlumat yayıb.

K.Dmitriyev “The Economist” nəşrində yer alan və Rusiyanın sanksiyaların ləğvi müqabilində ABŞ-yə 12 trilyon dollarlıq (təxminən 20 trilyon 400 milyard manat) layihələr təklif etməyə hazır olduğunu iddia edən məqaləni şərh edib.

O bildirib ki, söhbət əslində 14 trilyon dollarlıq (təxminən 23 trilyon 800 milyard manat) layihələrdən gedir.

“ABŞ nəticədə sanksiyaları ləğv edəcək, çünki Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Amerika biznesinə 300 milyard dollardan (təxminən 510 milyard manat) çox vəsaitə başa gəlir. Rusiyadan sanksiyaların götürülməsi elə ABŞ-nin öz maraqlarına cavab verir”, — xüsusi nümayəndə vurğulayıb.

Onun sözlərinə görə, iqtisadi əməkdaşlıq hər iki tərəf üçün böyük mənfəət və yeni imkanlar vəd edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
60
1
interpress.az

2Sources