Mingəçevir şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Şahin Kərimovla vida mərasimi keçirilib. 1news.az "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Mingəçevirin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Şahin Heydər oğlu Kərimov 1972-ci il dekabrın 14-də Mingəçevirdə anadan olub. 1993-cü il aprelin 5-də Kəlbəcər rayonunda (Murovdağ silsiləsi) gedən döyüşlər zamanı itkin düşüb. Ş.Kərimiv Mingəçevir şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.