EN

Azərbaycan klubunda ŞOK HADİSƏ - Baş məşqçi kapitanla əlbəyaxa qaldı

"Səbail"in baş məşqçisi Adil Şükürovla kapitan Yusif Nəbiyev arasında qalmaqal böyüyüb.

Çalışdırıcı Birinci Liqanın 15-ci turunda MOİK-lə matçın 60-cı dəqiqəsində baş məşqçinin əvəzetməsinə etiraz edərək meydanda qalan müdafiəçiyə görüşdən sonra sərt narazılığını bildirib.

Hətta paltardəyişmə otağına girişinə qadağa qoyub. Amma Nəbiyev yenə ona tabe olmayıb.

Tərəflər arasında mübahisə əlbəyaxa davaya çevrilib.

İlk olaraq Şükürov futbolçusuna əl qaldırıb.

Nəbiyevin cavabı gecikməyib. Kapitan bildirib ki, məni ancaq cəzalandıra bilərsən, amma heç bir halda əl qaldıra bilməzsən.

Yalnız kollektivin digər üzvləri araya girərək tərəfləri sakitləşdirə bilib.

SPORTİNFO.AZ

Chosen
36
sportinfo.az

1Sources