Meyxanaçı Balaəli Rzayev sosial media hesabından yeni paylaşım edib.
Publika.az xəbər verir ki, sənətçi həbsdə olan həmkarı Rəşad Dağlı ilə arxiv fotosunu yayımlayıb.
"Azadlıq arzusu ilə, görüşmək ümidi ilə…", - deyə paylaşımında qeyd edib.
Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilib. Hazırda cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.(Musavat.com)