İran Prezidenti Məsud Pezeşkian ölkənin Lorestan əyalətində keçirtdiyi görüşdə gülüş doğuran məqam olub.
"Yeni Sabah" xəbər verir ki, əyalətdə Ali Rəhbərinin nümayəndəsi höccətülislam Seyid Əhmədrza Şahruxi prezidentə müraciətlə deyib:
"Bizim əyalət ürək, qaraciyər və ağciyər nəqlinə ehtiyacı olan və eyni zamanda, koronavirusa yoluxmuş bir xəstəyə bənzəyir".
Pezeşkian replikaya dərhal reaksiya verib: "Hacı ağa, əgər o artıq ölübsə, mən nə etməliyəm?!"
İran Prezidentinin sözləri zalda gülüş doğurub.
"Hələ ölməyib, çünki lor kişiləri kimi, onun da cəsur və bacarıqlı insanları var. Bu əyalət mərkəzin dəstəyi və ciddi dəstəyi ilə, milli kreditlərdən və mərkəzləşdirilmiş resurslardan kifayət qədər və effektiv istifadə etməklə öz həqiqi və layiqli mövqeyinə çata bilər".
Telegram kanalımız