EN

“Mingəçevir” “Şəfa”ya uduzsa, Ramiz Məmmədov istefaya göndəriləcək? – rəsmi açıqlama

“Mingəçevir” fevralın 19-da taleyüklü sınaqdan üzüağ çıxmağa çalışacaq. Söhbət “nur şəhəri”nin təmsilçisinin 1-ci liqanın 15-ci turunda liderin – “Şəfa”nın qonağı olacağı matçdan gedir.

Bilindiyi kimi, bölgə təmsilçisi bu matçda uduzsa, bakılılarla aradakı xal fərqi 10-a çatacaq. Qalib gələcəyi halda isə çempionluq hədəfinə doğru inamlı addım atmış olacaq. Kollektivin son matçda “Zaqatala” ilə bacarmadığını (0:0) nəzərə alsaq, bu qarşılaşmada qələbə qazanmaq şərtdi.

Bəs, uğursuzluq baş məşqçi Ramiz Məmmədovun vəzifəsindən göndərilməsiylə nəticələnə bilərmi?

Bu sualla “Mingəçevir”in mətbuat xidmətinin rəhbəri Elnur Qasımova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Komandamızın qələbə qazanacağına inanırıq. Ancaq xal itkisi yaşansa belə, baş məşqçimiz Ramiz Məmmədovla yolları ayırmaq fikrində deyilik. Çünki ona etibar edirik. Mövsümün qalan vaxtında əsas rəqiblərə qarşı daha bir neçə oynumuz var. İnanırıq ki, sonda çempion biz olacağıq”.

Xatırladaq ki, “Şəfa” ilə matç saat 14.30-da başlayacaq. “Mingəçevir” 25 xalla 4-cü pillədədi.

KƏNAN BAHADIR
Chosen
39
2
football-plus.az

3Sources