EN

Düzü, Atletiko ni məğlub edə də bilərdik Brügge nin baş məşqçisi

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində dünən öz meydanında "Atletiko Madrid" ilə 3:3 hesablı heç-heçə edən "Brügge"nin baş məşqçisi İvan Leko oyundan sonra fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Öz oyunçularım və komandamla fəxr edirəm. Belə rəqibə qarşı 0:2-dən sonra nəticə qazanmaq çətin işdir. Amma biz bunu bacardıq. Heç-heçəni ortaya qoyduğumuz futbol və enerji ilə haqq edirdik. Müdafiə xəttimiz yüksək səviyyəli çıxışla yadda qaldı. Əla pressinqlə onların istədiklərini həyata keçirmələrinə imkan vermədik. Nəticədən razıyam. Düzü, "Atletiko"nu məğlub edə də bilərdik".

Qeyd edək ki, tərəflərin cavab oyunu fevralın 24-də baş tutacaq. Madriddəki "Sivistas Metropolitano" stadionunda keçiriləcək qarşılaşmanın start fiti 21:45-də səsləndiriləcək. 

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
1
fanat.az

2Sources