EN

Sinqapur hamıdan çox, Yeni Zelandiya hamıdan az pul verəcək

Fevralın 6-da start götürən, İtaliyanın iki şəhərində keçirilən Qış Olimpiya Oyunları fevralın 22-nə qədər davam edəcək.

"Football-plus.az"ın məlumatına görə, Yay Olimpiadasında olduğu kimi, Qış Olimpiadasında da iştirakçı ölkələrin idman rəhbərliyi fərqli mükafat məbləği müəyyənləşdirir. “USA Today” qəzeti bununa bağlı özünəməxsus xəbər yayıb.

Belə ki, olimpiya “qızıl”ına görə idmançılarına ən yüksək mükafat məbləği vəd edən ölkələrin başında Sinqapur gəlir. Fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq Sinqapur idmançılarına 788 min dollar veriləcək. Mükafat məbləğinə görə ilk “5-liy”ə Honkonq (767 min), İtaliya (213 min), Polşa (211) və Sloveniya (162 min) da daxildi.

Mümkün qaliblərə ən aşağı məbləğdə bonus təklif edən ölkələr sırasına isə Yeni Zelandiya (3 min dollar), Avsrtaliya (14 min), Danimarka (15 min), Kanada (18 min), Avstriya (23 min), Niderland (35 min), Almaniya (35 min) və ABŞ (37 min) daxildi.

Bu arada Kanadanın hokkeyi yığması Olimpiya kəndini tərk edərək beşulduzlu otelə köçüb. Bu barədə komandanın kapitanı və qapıçısı Loqan Tompson açıqlama verib. Onun sözlərinə görə, qərar heç kimə hörmətsizlik kimi qiymətləndirilməməlidi:

“Düşünmürəm ki, biz bunu kimisə təhqir üçün edirik. Sadəcə, qızıl medal qazanmaq istəyirik və bunun üçün özümüzə ən yaxşı şəraiti yaradırıq”.


Kanada yığması qrup mərhələsində Çexiya, İsveçrə və Fransa ilə mübarizə aparır.
Chosen
82
1
football-plus.az

2Sources