EN

WUF13: artıq qeydiyyatdan keçənlərin sayı açıqlandı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Ötən günə olan məlumata görə, Bakıda keçiriləcək davamlı şəhərsalma üzrə BMT-nin qlobal konfransı olan WUF13-də iştirak üçün 166 ölkədən 13 000-dən çox insan qeydiyyatdan keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) Kommunikasiya şöbəsinin rəhbəri Katerina Bezqaçina regional KİV üçün WUF13-ə həsr olunmuş onlayn brifinqdə “Report”un sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, foruma qeydiyyat davam edir.

“Biz hələ də iştirak üçün müraciətləri qəbul edirik. Ötən günə olan məlumata görə, 166 ölkədən 13 000-dən çox qeydiyyat daxil olub. Təbii ki, bu rəqəm hər gün artır və biz iştirakçıların sayının daha da artacağını və təmsilçilik coğrafiyasının genişlənəcəyini gözləyirik”, – K.Bezqaçina vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
globalinfo.az

2Sources