Müğənniliyə başlayan aktrisa Beren Saatın tənqidlərə məruz qalan mahnısının klipi 2 milyon dəfə izlənilib.
Far.Az xəbər verir ki, ifa bəyənilməsə də, yayımlandığı gündən etibarən yutubun Türkiyə üzrə Trend Musiqilər siyahısında 5-ci pilləyə yüksəlib.
"CapitaliZoo" adlı mahnının klipi qısa müddətdə 2 milyondan çox baxış toplayaraq ifaçının musiqi karyerasına uğurlu start verdiyini nümayiş etdirib.
Berenin layihəsinə dəstək verən isə həyat yoldaşı Kenan Doğuludur.
O, sosial media hesabında paylaşdığı açıqlamada həyat yoldaşının ilk albomunun ilk sinqlını təqdim etməkdən böyük qürur duyduğunu bildirib.
Beləliklə, Beren Saat aktyorluqdan sonra musiqi sahəsində də iddialı çıxışı ilə diqqət mərkəzinə düşüb.
Sənətçinin "Exuberance" adlı albomu isə apreldə dinləyicilərə təqdim olunacaq.