Bakı, 19 fevral, AZƏRTAC
“Sabah”ın basketbolçuları Andrii Voynaloviç və Klavs Çavars müvafiq olaraq, Ukrayna və Latviya millilərinin heyətinə çağırılıblar.
Bu barədə AZƏRTAC-a Bakı təmsilçisindən məlumat verilib.
Bildirilib ki, onlar 2027-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları üçün yığmalarına kömək edəcəklər.