EN

Su tarifləri nə qədər artırılacaq? MÜHÜM AÇIQLAMA

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamda su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qəbul edilmiş tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulur.Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.Bildirib ki, Milli Strategiyada su ehtiyatlarının effektiv idarə edilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub və bu çərçivədə sosial-iqtisadi vəziyyət, investisiya qoyuluşu nəzərə alınmaqla tariflərin diferensiallaşdırılması nəzərdə tutulur.

 

"Bu yanaşma su təsərrüfatı sahəsində vahid və təkmil idarəetmə modelinin qurulmasına, dövlət–özəl tərəfdaşlığının inkişafına, maliyyə resurslarının daha səmərəli planlaşdırılmasına xidmət edir. Tarif siyasətinin yenilənməsi su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sisteminə keçid və xərclərin real iqtisadi əsaslara uyğunlaşdırılması ilə əlaqəlidir. Bu yanaşma tariflərin real istismar, xidmət, texniki qulluq və investisiya xərcləri əsasında formalaşdırılmasını təmin etməyə yönəlib.Tədbirlər Planında tariflərin beynəlxalq təcrübə əsasında diferensiallaşdırılması ilə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması ayrıca tədbir kimi müəyyən edilib".

Qurumdan qeyd edilib ki, tarif siyasətinin əsas məqsədi yalnız qiymət tənzimlənməsi deyil, bütövlükdə su təsərrüfatı sisteminin modernləşdirilməsi və dayanıqlı maliyyə modelinin qurulmasıdır."Milli Strategiyaya əsasən diferensiallaşdırılmanın sosial-iqtisadi amillər və investisiya ehtiyacları nəzərə alınmaqla, xərclərə əsaslanan model üzrə mərhələli keçidlə, beynəlxalq təcrübəyə uyğun mexanizmlərlə, pilot tətbiqlər və regional qiymətləndirmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulur.Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumaları arasında müzakirələr aparılır.Bəs su tarifləri necə dəyişə bilər?Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya deyib ki, hazırda suyun qiyməti ilə bağlı rəsmi qərar qəbul olunmayıb, lakin mediada müzakirə olunan təklifə əsasən tariflərin diferensial şəkildə artırılması mümkündür:“İddialara görə, aylıq 10 kubmetrə qədər su üçün 1 manat 20 qəpik, 10–20 kubmetr arası üçün 1 manat 60 qəpik, 20 kubmetrdən yuxarı istehlak üçün isə 2 manat tarif tətbiq oluna bilər.

Əgər bu təklif təsdiqlənərsə, xüsusilə yüksək həcmdə su istifadə edən abonentlər üçün qiymət artımı daha ciddi hiss oluna bilər. Orta və yüksək istehlak səviyyəsində artım mövcud tariflərlə müqayisədə nəzərəçarpacaq ola bilər. Az istifadə edənlər üçün isə artım daha məhdud xarakter daşıya bilər, lakin yenə də ümumi xərclərdə artım müşahidə ediləcək.

Bununla belə, yekun qiymət artımının həcmi yalnız rəsmi qərar qəbul edildikdən sonra dəqiq məlum olacaq. Çunki suyun qiymətini Tarif Şurası tənzimləyir. Sonuncu dəfə Tarif Şurası suyun qiymətinin 1 fevral 2021-ci ildə 100% bahalaşdırmışdı”.Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
67
14
bizim.media

10Sources