EN

İstanbulda böyük əməliyyat: 9-u polis olmaqla 17 nəfər saxlanılıb

İstanbulda böyük əməliyyat keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

İstanbulda həyata keçirilən genişmiqyaslı əməliyyat nəticəsində 17 nəfər saxlanılıb. Əməliyyatın ən diqqətçəkən məqamı saxlanılanlar arasında 9 polis əməkdaşının olmasıdır.

Həmin şəxslər “Casperlar” adlı cinayətkar qruplaşma ilə əlbir olmaqda şübhəli bilinirlər. İstintaqın məlumatına görə, saxlanılan polislər qruplaşmaya məxfi məlumatlar ötürərək onların fəaliyyətinə şərait yaratmaqda və cinayətkar şəbəkəyə kömək etməkdə ittiham olunurlar.

Hazırda faktla bağlı genişmiqyaslı araşdırmalar davam edir, saxlanılan şəxslərin digər cinayətkar əməllərdə iştirakı yoxlanılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
42
interpress.az

1Sources