EN

Bu dərmanlar da sığorta hesabına VERİLƏCƏK

Bəzi dərmanların icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur.

Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınacaq dərmanların siyahısı hazırlanır.

Qeyd edək ki, bu gün ölkədə onkoloji xəstələrin sayı artır və bununla yanaşı, bu xəstələrin müalicəsi üçün vacib olan dərmanların əksəriyyəti çox bahadır.

Onkoloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan “ağıllı dərmanlar” (Şiş hüceyrələrini bağlayan monoklonal antikorlar və hüceyrəiçi funksiyaların artmasını bloklayan dərmanlar) var ki, bir ədədi bəzi əczaxanalarda 3 500 manata satılır.

Maraqlıdır, bu dərmaların icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, ilkin mərhələdə icbari tibbi sığortaya ürək-damar xəstəliklərinin yaranmasına əsas təsir edən amillərdən biri olan hipertenziya xəstəliyinin müalicəsində istifadə olunan antihipertenziv dərman vasitələrinin qarşılanması nəzərdə tutulur:

“Ümumilikdə 76 dərman vasitəsinin təmin olunması planlaşdırılır. Bu dərmanlar 28 təsiredici maddəni əhatə edir və müxtəlif doza və kombinasiyalar üzrə təqdim ediləcək. Hazırda icbari tibbi sığorta hesabına qarşılanacaq ürək-damar xəstəlikləri ilə bağlı dərmanların siyahısı - “Pozitiv siyahı” hazırlanır.

Siyahı təsdiq olunduqdan sonra bütün dərmanlarla bağlı məlumatlar - təsiredici maddə, dozalar, tətbiq edilən xəstəliklər və kompensasiya dərəcələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdiriləcək və siyahı hər rüb yenilənəcək.

Onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərmanların hazırda icbari tibbi sığorta təminatına daxil edilməsi nəzərdə tutulmayıb. Növbəti illərdə həzm və tənəffüs sistemi üzrə ambulator dərmanların icbari tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur”.

Chosen
24
1
cebheinfo.az

2Sources