EN

Kamerunlu mütəxəssis: Kolonializmin ağır fəsadlarını müzakirə etmək çox vacibdir

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Kolonializm mövzusunu müzakirə etmək biz afrikalılar və yaxud koloniyalaşdırılmış ölkələrin əhalisi üçün çox vacibdir. Mən Kamerundanam, bizim ölkədə kolonializm hələ də monetar formada mövcuddur. Kamerun Fransanın koloniyası olub və bu gün də ölkəmizdə fransız valyutasından istifadə edirik".

Oxu.Az xəbər verir ki, bu sözləri müstəmləkə ərazilərinin yerli əhalisi ilə işləyən psixoterapevt, tədqiqatçı Atanqa Desmond Funvie Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən "Neokolonializm və qlobal bərabərsizlik" adlı beynəlxalq konfransda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkəsi müstəqillik qazanandan bəri artıq xeyli vaxt keçib, amma hələ də xarici valyutadan istifadə edilir:

"Müstəqilliyimizdən 75 ildən çox zaman ötməsinə baxmayaraq, milli ehtiyatlarımız da Fransadadır. Beləliklə, əgər biz tam müstəqilliyimizi əldə etməsək, resurslarımızı kimə satacağımıza, ictimai infrastruktur layihələri və yol tikintisi üçün kimlərlə müqavilə bağlayacağımıza özümüz qərar verməsək, ölkəmizin prezidentini seçə, siyasi və sosial münasibətləri, eləcə də ölkəmizin iqtisadi vəziyyətini müəyyən edə bilməsək kolonializm mövzusunun müzakirəsi heç vaxt bitməyəcək".

"Yəni kolonializm hələ də mövcuddur. Belə tədbirlərə qatılmaqla onun aspektlərini müzakirə etmək və həmçinin ölkəmizin və ya koloniyalaşdırılmış ölkələrin gələcəyinə ağır təsirlərini, fəsadlarını insanlara danışmaq çox vacibdir. Bakı Təşəbbüs Qrupuna bu imkanı bizə yaratdığı üçün minnətdarıq"-deyə araşdırmaçı əlavə edib.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
oxu.az

1Sources