EN

Putin Rusiyaya köçən əcnəbilər üçün yeni prosedur elan edib

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aprel ayından etibarən Rusiya üçün xüsusi maraq kəsb edən xarici vətəndaşlar Rusiya Federasiyasına köçməklə bağlı Strateji Təşəbbüslər Agentliyi ilə əlaqə saxlaya biləcəklər.

Reyting.az xəbər verir ki, Rusiya prezidenti ölkəsinə köçən xarici vətəndaşlara köməklik göstəriləcəyini vurğulayıb.

“Biz artıq bu işə ənənəvi rus dəyərlərini, mədəniyyətimizi və adət-ənənələrimizi bölüşən insanlarla başlamışıq. Bu ilin aprel ayından etibarən ölkəmiz üçün xüsusi maraq kəsb edən mütəxəssislər xüsusi səlahiyyətli təşkilata dəstək üçün müraciət edə biləcəklər. Strateji Təşəbbüslər Agentliyi də onun təsisçisi və operatoru olacaq”, - deyə Putin bildirib.

O qeyd edib ki, bunlar tələb olunan peşələrə və biliklərə malik, daxili iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verə bilən, idman, yaradıcı sənaye, mədəni və humanitar sahələrdə, elmi və texnoloji inkişafda nailiyyətləri olan insanlardır.

ELÇİN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
93
1
reyting.az

2Sources