EN

ŞABRANDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının memarıdır”

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 17 fevral 2026- cı il tarixində son tədbirini Şabran rayonunda keçirib.

Hurriyyet.org xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə  həyata keçirilən “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının memarıdır” adlı layihəyə Şabran rayon  Heydər Əliyev Mərkəzində yekun vurulub. Rayon İcra Hakimiyyətinin içtimai-siyasi şöbəsinin sektor müdiri Vasif Əhmədov tədbiri açaraq iştirakçıları salamlayıb və şəhidlərimizin xatirəsi bir dəqidəlik sükutla yad edilib.

Təşkilatın icraçı drektoru Tələt Qəribov çıxışında qeyd edib ki, gənc nəsil Heydər Əliyevin dövlətimiz, millətimiz üçün gördüyü  əvəzolunmaz xidmətlərini bilməlidir. O, 1995- ci ildə qəbul edilmiş ilk Müstəqil  Azərbaycan Konstitusiyasının hansı ağır şəraitdə qəbul olunması haqqında geniş məlumat verib.

“Sağlam Həyata doğru” İctmai Birliyinin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov Konstitusiyamızın 12 fəsil və 158 maddədən ibarət olduğunu və bu maddələrin insanlarımızın rifahı üçün bir yol olduğunu xatırladıb.

Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Mehriban Ömərova mövzu ətrafında geniş məruzə edib və iştirakçıların suallarını cavablandırıb.

Elmi işçi Gülnar Xalıqova bu mövzuda Mərkəzdə mütamadi görüşlər keçirildiyini qeyd edib.

Tədbir çay süfrəsi ətrafında müzakirələrdən sonra başa çatıb.

Hurriyyet.org

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
hurriyyet.az

1Sources