EN

Abbas Abbasov: BTQ müstəqillik hərəkatları ilə əməkdaşlıqda əhəmiyyətli nəticələr əldə edəcək

Bakı Təşəbbüs Qrupu (BTQ) müstəqillik hərəkatları ilə əməkdaşlıqda dekolonizasiya məsələlərində beynəlxalq səviyyədə əhəmiyyətli nəticələr əldə edəcək.

"Far.Az" xəbər verir ki, bu barədə BTQ-in icraçı direktoru Abbas Abbasov Bakıda "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, BTQ artıq əhəmiyyətli nəticələr əldə edib və bunlar iki əsas amil sayəsində mümkün olub.

"Birincisi, yerli əhalinin səfərbərliyə cəlb edilməsi, müstəmləkə siyasəti haqqında məlumatlılığın artırılması və ictimai rəy liderlərinin və ziyalıların iştirakı ilə milli kimliyin möhkəmləndirilməsi istiqamətində fəal iş aparılıb. İkincisi, qlobal diqqətin cəlb edilməsi və xarici dəstəyin genişləndirilməsi üçün siyasi və zorakılıqsız strategiyalar, eləcə də beynəlxalq diplomatiya alətləri istifadə edilib", - BTQ-in icraçı direktoru bildirib.

Məlumat yenilənir

Chosen
69
far.az

1Sources