EN

Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda tənha yaşayan kişinin meyiti tapılıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Corat bağları yaşayış massivində, Elvin Zakirov küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb.

1963-cü il təvəllüdlü Vaqif Vəlehovun uzun müddət qapını açmaması qonşuların diqqətini çəkib. Mənzilə baxış zamanı onun həyatını itirdiyi müəyyən edilib. İlkin məlumata görə, kişi bir neçə gün əvvəl vəfat edib.

Əraziyə polis əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Meyit müvafiq ekspertiza üçün təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. Ölümün səbəbləri hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.

Chosen
26
nocomment.az

1Sources