Cənubi Koreya məhkəməsi ölkənin sabiq prezidenti Yoon Suk-yeol barəsində ömürlük azadlıqdan məhrumetmə hökmü çıxarıb.
Bu barədə “Yonhap News Agency” agentliyi məlumat yayıb.
Bildirilib ki, sabiq dövlət başçısı 2024-cü ildə baş vermiş qiyama rəhbərlik etməkdə təqsirli bilinib.
Məhkəmə qərarında qeyd olunub: “Yoon Suk-yeol barəsində qiyama rəhbərlik ittihamı əsaslı hesab edilib.”
Qərar fevralın 19-da elan olunub.