EN

“İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramı çərçivəsində Qarabağ Universitetində ilk infosessiya baş tutub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgətərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt”üzrə Təqaüd Proqramı çərçivəsində gənclər üçün infosessiyalarastart verilib.

Təqaüd proqramı barədə gənclərin məlumatlılığını artırmaqməqsədilə təşkil olunan infosessiyaların ilk ünvanı QarabağUniversiteti olub. 250-dən çox tələbənin iştirak etdiyi infosessiyazamanı Gənclər Fondunun əməkdaşı tərəfindən gənclərə proqramınməqsədi, seçim meyarları, təlim istiqamətləri və prosesi haqqındageniş məlumat təqdim olunub, ardınca gəncləri maraqlandıran suallarcavablandırılıb.

Gənclərin proqram barədə daha dolğun məlumat əldə etməsibaxımından mühüm rol oynayan infosessiyalar növbəti günlərdəAzərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı DövlətUniversiteti, Azərbaycan Dövlət Neft və Sənayə Univeriteti,Azərbaycan-Fransız Univeriseti və Azərbaycan Dövlət İqtisadUniversitetində həyata keçiriləcək.

Xatırladaq ki, təqaüd proqramının əsas məqsədi gənclər arasındainnovativ düşüncə tərzinin formalaşdırılması, onların potensialınınüzə çıxarılması və süni intellekt əsaslı texnologiyalarla işləməbacarıqlarının inkişaf etdirilməsidir. Proqram çərçivəsindəiştirakçılar süni intellekt texnologiyaları, data analitika vərəqəmsal qərarvermə, proqramlaşdırma və proqram təminatı, rəqəmsalməhsul və platforma bacarıqları, eləcə də texnologiya əsaslıinnovasiya və startap istiqamətləri üzrə praktiki bilik vəbacarıqlar əldə edəcəklər.

Təqaüd proqramından yararlanmaq istəyən 18-29 yaş arası və İTsahəsi üzrə ilkin biliklərə sahib gənclər https://youthfoundation.az/taqaudproqrami/linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

“İnnovasiya
“İnnovasiya
“İnnovasiya
“İnnovasiya
“İnnovasiya
“İnnovasiya
Chosen
84
1
az.trend.az

2Sources