EN

Marselonun oğlu ilk titulunu qazandı - VİDEO

Braziliya millisinin və “Real Madrid”in sabiq müdafiəçisi Marcelonun oğlu olan Entso Alves ilk beynəlxalq uğurunu əldə edib.

İdman.Biz xəbər verir ki, 16 yaşlı hücumçu İspaniyanın U-17 millisinin heyətində Finlandiyaya qarşı keçirilən və 7:0 hesabı ilə başa çatan final matçında dubla imza atıb.

Entso Alves bununla da İspaniya yığması ilə ilk titulunu qazanıb.

Gənc futbolçu bu uğuru ilə artıq erkən yaşda Avropa səviyyəsində diqqət çəkməyi bacarıb. Əlavə edək ki, Entso atasından fərqli olaraq hücumçu mövqeyində oynayır.

İdman.Biz
Məqalədə:
Chosen
83
1
idman.biz

2Sources